Menyu

Prezidentin köməkçisi diplomatların Cəbrayıl və Zəngilan rayonlarına səfəri ilə bağlı paylaşım edib

Operativ Media
Prezidentin köməkçisi diplomatların Cəbrayıl və Zəngilan rayonlarına səfəri ilə bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatların Cəbrayıl və Zəngilan rayonlarına səfəri ilə bağlı paylaşım edib.

Operativ Media xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

"Biz diplomatik korpusun üzvləri ilə birlikdə Prezident İlham Əliyevin izi ilə gedərək Cəbrayıl və Zəngilan rayonlarına səfər edirik. Səfərimizin ilk dayanacağı Horovlu kəndidir. Ziyarət çərçivəsində əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə, həmçinin bölgədə həyata keçirilən dəmir yolu və avtomobil yolu layihələrinə yönələcək. 2020-ci il Vətən müharibəsindən bəri bu, diplomatik korpusla birlikdə azad edilmiş ərazilərə 20-ci səfərimizdir", - paylaşımda qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər