31 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.
 
XİN-dən Operativ Media-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi və nəqliyyat, humanitar istiqamətlər üzrə inkişaf perspektivləri, eləcə də regional gündəmdə yer alan aktual məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan və Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkə arasında formalaşmış fəal siyasi dialoqun, regional platformaların əlaqələrin möhkəm əsasını təşkil etdiyi qeyd olunub.
Nazirlər regionda dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün birgə səylərin önəmini qeyd ediblər.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
11:20
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səmərqənd şəhərində keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.
Operaativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
Görüş zamanı nazirlər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi və humanitar aspektlərini müzakirə edib, həmçinin əsas regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edərək vurğulayıblar ki, dövlət rəhbərləri səviyyəsində aparılan fəal siyasi dialoq bu tərəfdaşlığın möhkəm əsasını təşkil edir.
Görüşdə regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində birgə səylərin vacibliyi qeyd olunub.
Şəkil Qalereyası









