Menyu

XİN rəhbəri: Azərbaycan azad edilmiş ərazilərdə mədəni irsin genişmiqyaslı bərpasını həyata keçirir

Operativ Media
XİN rəhbəri: Azərbaycan azad edilmiş ərazilərdə mədəni irsin genişmiqyaslı bərpasını həyata keçirir

Azərbaycan azad edilmiş ərazilərdə mədəni irsin genişmiqyaslı bərpasını həyata keçirir. 

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səmərqənddə UNESCO-nun Baş konfransının 43-cü sessiyasında çıxışı zamanı bildirib.

XİN rəhbərinin sözlərinə görə, Ermənistanın işğalı nəticəsində Qarabağ və Şərqi Zəngəzurda yüzlərlə abidə, məscid, muzey və digər mədəni irs obyektləri dağıdılıb və bu, Azərbaycan üçün böyük mədəni itkilərə səbəb olub. 

O qeyd edib ki, Azərbaycan azad edilmiş ərazilərdə abidələrin bərpası və qorunması istiqamətində genişmiqyaslı işlər aparır, lakin mina və partlamamış sursatlar bu prosesi ləngidir. 

Nazir Azərbaycan UNESCO-nun prinsiplərinə sadiq qalaraq mədəni irsin bərpasını davam etdirəcəyini vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər