Menyu

Zəngəzur dəhlizi üzrə Naxçıvanda dəmir yolu infrastrukturuna beynəlxalq tərəfdaşlar cəlb oluna bilər

Operativ Media
Zəngəzur dəhlizi üzrə Naxçıvanda dəmir yolu infrastrukturuna beynəlxalq tərəfdaşlar cəlb oluna bilər
1 dəq oxu

Azərbaycan Horadizdən Zəngilana qədər olan hissəni daxili imkanları hesabına 2021-ci ildən etibarən intensiv şəkildə inşa etməyə davam edir.

Operativ Media xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Dəmir və avtomobil yolları infrastrukturu, tunellər də daxil olmaqla, işlər sürətlə aparılır. Digər seqmentdə isə Ermənistan ABŞ-la ikitərəfli əsasda bu prosesi həyata keçirir. Biz bu prosesləri izləyirik. Həmçinin Naxçıvan seqmentində 188 kilometrdən artıq bir zonada dəmir yolu infrastrukturu üzrə beynəlxalq tərəfdaşların cəlb olunması nəzərdən keçirilir”.

Əlaqəli Xəbərlər