Tramp: ABŞ Venesuelaya zərbə planlaşdırmır
Operativ Media

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Venesuela ərazisinə hərbi zərbə endirməyi planlaşdırmır.
Operativ Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Bununla yanaşı, The Miami Herald qəzeti yazır ki, ABŞ ordusu “bir neçə saat və ya gün ərzində” Venesuelaya zərbə endirə bilər.
Mənbələrin bildirdiyinə görə, planlaşdırılan hücumlar “Cartel de los Soles”* adlı narkokartelin istifadə etdiyi iddia olunan hərbi obyektlərin məhv edilməsinə yönəlib.
Qəzet həmçinin qeyd edib ki, mümkün əməliyyatın məqsədlərindən biri də kartelin rəhbərliyinin zərərsizləşdirilməsi ola bilər.