Menyu

Netanyahu: İsrail “Hizbullah”ın yenidən silahlanmasına imkan verməyəcək

Operativ Media
Netanyahu: İsrail “Hizbullah”ın yenidən silahlanmasına imkan verməyəcək

İsrail, Livanda şiə təşkilatı “Hizbullah”ın yenidən silahlanmağa çalışdığını hesab edir.

Operativ Media xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu hökumətin həftəlik iclasında bildirib.

O vurğulayıb ki, İsrail “özünümüdafiə hüququndan istifadə edəcək” və Livan tərəfindən yeni təhlükələrin yaranmasına imkan verməyəcək.

“Biz gözləyirik ki, Livan hökuməti vədlərinə əməl edib “Hizbullah”ı tərksilah etsin. Lakin əlbəttə ki, biz atəşkəs şərtlərinə uyğun olaraq özünümüdafiə hüququmuzdan istifadə edəcəyik. Livanın bizə qarşı yeni cəbhəyə çevrilməsinə imkan verməyəcəyik və lazım olduğu halda hərəkət edəcəyik”, — deyə Netanyahu bildirib.

Qeyd edək ki, bundan əvvəl İsrailin müdafiə naziri İsrael Kats Livan hakimiyyətindən “Hizbullah”ın tərksilah edilməsini və cənub bölgələrindən çıxarılmasını sürətləndirməyi tələb etmişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər