Menyu

Ceyhun Bayramov və Mustafa Destiсi TDT-dəki əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar

Operativ Media
Ceyhun Bayramov və Mustafa Destiсi TDT-dəki əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin üzvü, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticini qəbul edib.

Operativ Media  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Tərəflər parlamentlərarası əlaqələrin, həmçinin siyasi partiyalar səviyyəsində təmasların iki qardaş ölkə arasında münasibətlərin dərinləşməsinə xidmət etdiyini qeyd ediblər.

Görüşdə həmçinin regional təhlükəsizlik məsələləri, post-münaqişə dövründə bölgədə vəziyyət, bərpa-quruculuq işləri, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq əlaqələri, Türk Dövlətləri Təşkilatında prioritetlər ətrafında fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər