
"Ermənistan Türkiyə ilə münasibətlərin tam hüquqlu tənzimlənməsinə hazırdır".
"Operativ Media" xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan Berlində "Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Ermənistanın perspektivləri" adlı müzakirədə bildirib.
Ermənistanın baş naziri qeyd edib ki, ümumi sərhədin açılması və diplomatik münasibətlərin qurulmasının mümkün olacağına ümid var. Bunun sübutu bu istiqamətdə bir neçə kiçik, lakin ümidverici addımdır, məsələn, hava yüklərinin daşınmasına başlanılması və üçüncü ölkə vətəndaşlarının sərhədi keçməsi.
Paşinyan Ermənistanın Türkiyədəki dağıdıcı zəlzələyə görə humanitar yardımın göstərilməsinə və xilasedici qrupların göndərilməsinə reaksiyasını da xatırladıb. Bu təmaslar humanitar motivlərlə diktə edilib, lakin Ermənistan tərəfi “siyasi nəticələri də görməkdən şad olacaq”, - deyə baş nazir yekunlaşdırıb.