Menyu

“İslam Əməkdaşlıq Təşkilatı Biznes Liderləri Zirvəsi – 2025” uğurla başa çatıb

Operativ Media
 “İslam Əməkdaşlıq Təşkilatı Biznes Liderləri Zirvəsi – 2025” uğurla başa çatıb

İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (İSEDAK) 41-ci Nazirlər Toplantısı çərçivəsində İslam Ticarət və İnkişaf Palatasının təşkilatçılığı ilə “İslam Əməkdaşlıq Təşkilatı Biznes Liderləri Zirvəsi – 2025” uğurla başa çatıb.

Operativ Media  xəbər verir ki, zirvə 20-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə keçirilib. Görüş zamanı üzv ölkələr arasında ticarət əlaqələrinin gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Üzv ölkələr arasında daha sıx əlaqələrin qurulması və birgə rifahın təmin olunması istiqamətində birlikdə hərəkət etmək qərarı qəbul edilib.

Tədbirdə Azərbaycan nümayəndə heyəti Azərbaycan Sahibkarlar Konfederasiyasının və Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Məmməd Musayevin rəhbərliyi ilə iştirak edib.

Zirvəyə həmçinin Türkiyənin ticarət naziri Ömər Bolat, Türkiyə Odalar və Birjalar Birliyinin (TOBB) prezidenti Rifat Hisarcıklıoğlu, İslam Ticarət və İnkişaf Palatasının prezidenti Abdullah Salih Kamel, İslam İnkişaf Bankının prezidenti Məhəmməd Süleyman Əl-Casser və digər beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri qatılıblar.

Fotogalereya

Əlaqəli Xəbərlər