Menyu

Ceyhun Bayramov Əlcəzairə rəsmi səfərə yola düşüb

Operativ Media
Ceyhun Bayramov Əlcəzairə rəsmi səfərə yola düşüb

3 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərə yola düşüb.  

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4 noyabr tarixində Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Əlaqəli Xəbərlər