Azərbaycan UNESCO-nun qərarını alqışlayıb
Operativ Media
15 dekabr rəsmən Ümumdünya Türk Dilli Dillər Ailəsi Günü elan olunub.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb
Nazirliyin paylaşımında qeyd olunub ki, bu qərar UNESCO-nun Özbəkistanın Səmərqənd şəhərində keçirilən 43-cü Baş Konfransında qəbul edilib.
"Seçilmiş tarix, bütün türk dillərinin dərin ortaq köklərini və ümumi tarixini əks etdirən ən qədim yazılı abidələr olan Orxon Yazılarının oxunduğu günü xatırladır.
Azərbaycan bu mühüm addımı zəngin dil irsimizin qeyd olunması, qlobal mədəni müxtəlifliyin təşviqi və Türk dünyası daxilində bağların möhkəmləndirilməsi istiqamətində atılmış önəmli addım kimi alqışlayır", - deyə paylaşımda qeyd olunub.