Ermənistanın Baş naziri Nikol Paşinyan 7 iyun 2026-cı il tarixində keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
Operativ Media xəbər verir ki, o, sosial şəbəkədə yazıb:
"Bu məktubla özümü Vətəndaş Müqaviləsi partiyasının siyahısına daxil etməyə namizəd edirəm."
Sözügedən seçkilərdə iştirak etmək istəyini həmçinin Ermənistanın ikinci prezidenti Robert Koçaryan, eləcə də keçmiş hüquq müdafiəçisi Arman Tatoyan da bəyan edib.