Menyu

Sankt-Peterburqda Azərbaycanın Zəfər Günü qeyd olunub - Fotolar

Operativ Media
Sankt-Peterburqda Azərbaycanın Zəfər Günü qeyd olunub - Fotolar

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu 44 günlük Vətən müharibəsində ölkəmizin qələbəsinin beşinci ildönümü münasibətilə tədbir keçirib.

Operativ Media Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir ki, tədbir iştirakçıları müharibədə qəhrəmancasına həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Səfir Rəhman Mustafayev və baş konsul vəzifəsini icra edən Anar Yusifzadə 8 noyabrın - Zəfər Gününün Azərbaycan dövlətçilik tarixində xüsusi əhəmiyyətini vurğulayıblar.

Qonaqlara Qarabağ və Şərqi Zəngəzur ərazilərinin işğaldan azad edilməsindən sonra həyata keçirilən genişmiqyaslı tikinti, bərpa və reinteqrasiya layihələri barədə məlumat verilib.

Tədbirdə həmçinin Zəfər Gününə həsr olunmuş fotosərgi və sənədli film nümayiş etdirilib.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər