Menyu

Lavrov Hindistanda Ararat Mirzoyanla danışıqlar aparıb - YENİLƏNİB

Nərmin Qocamanlı
Lavrov Hindistanda Ararat Mirzoyanla danışıqlar aparıb - YENİLƏNİB

Martın 3-də Yeni Dehlidə “Raysin dialoqu” 8-ci beynəlxalq konfransı çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.

Ümumi inteqrasiya birlikləri çərçivəsində beynəlxalq platformalarda əməkdaşlığın təşviqinə yanaşmalar yoxlanılıb. Regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli sazişlərə uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə səylərin gücləndirilməsinin aktuallığı qeyd edilib.

Danışıqlar dostluq və etimad mühitində keçib. Gələcək diplomatik təmaslar barədə razılıq əldə olunub.

 

***

10:23

Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN sözcüsü Mariya Zaxarova teleqramda bildirib.

Qeyd edək ki, görüş Hindistanın paytaxtı Nyu-Dehlidə baş tutub.

 

Teqlər:

"Lavrov Hindistanda Ararat Mirzoyanla danışıqlar aparıb - YENİLƏNİB"

Əlaqəli Xəbərlər