Menyu

Azərbaycan ilə Britaniya arasında müdafiə və hərbi əməkdaşlıq əlaqələri müzakirə edilib

Operativ Media
Azərbaycan ilə Britaniya arasında müdafiə və hərbi əməkdaşlıq əlaqələri müzakirə edilib

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Daouti ilə görüşüb.

Operativ Media xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı “X” hesabnda paylaşım edib.

“Bu gün Böyük Britaniyanın Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Daouti ilə strateji tərəfdaşlıq ruhunda səmərəli görüş keçirdim.

Biz əlaqələrimizi yeni sahələrdə  əlaqəlilik, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma, təhsil, həmçinin müdafiə və hərbi əməkdaşlıq istiqamətlərində dərinləşdirmək və genişləndirmək məsələlərini müzakirə etdik.

Həmçinin bu axşamkı oyunda “Qarabağ” və “Çelsi” komandalarına uğurlar arzuladıq”, -paylaşımda deyilir.

Fotogalereya

Əlaqəli Xəbərlər