Zelenski serbiyalı həmkarı ilə danışıb
Operativ Media

Ukrayna Prezidenti Volodimir Zelenski serbiyalı həmkarı Aleksandr Vuçiçlə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, Ukrayna lideri bu barədə "Telegram" kanalında məlumat verib.
Siyasətçinin sözlərinə görə, o və Serbiya lideri iki ölkənin "Avropa inteqrasiyasını əsaslı şəkildə müzakirə ediblər".
"Bir-birimizə kömək edə biləcəyimiz sahələr var. Biz həmçinin regional təhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. Ölkələrimiz buna eyni dərəcədə maraq göstərir və biz birlikdə çalışacağıq", - deyə Zelenski yazıb.