Menyu

Peskov: Rusiya silahlanma yarışında iştirak etmir

Operativ Media
Peskov: Rusiya silahlanma yarışında iştirak etmir

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya silahlanma yarışında iştirak etmir.

Operativ Media xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkə yalnız öz silah və onların çatdırılma sistemlərini planlı şəkildə inkişaf etdirir. Peskov qeyd edib ki, bu işlər mövcud vəziyyətlə bağlı deyil və illər əvvəl başlanıb.

O vurğulayıb ki, belə texnoloji sıçrayışlar qısa müddətdə əldə edilə bilməz.

Xatırladaq ki, dünən Kreml “Burevestnik” raketi və “Poseydon” sualtı aparatını hazırlayan mütəxəssisləri mükafatlandırıb.

Rusiya Prezidenti Vladimir Putin bu sistemlərin milli təhlükəsizliyin və strateji sabitliyin təminində mühüm rol oynadığını deyib və layihə üzərində çalışanlara təşəkkür edib.

Əlaqəli Xəbərlər