Menyu

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanı təbrik edib

Operativ Media
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanı təbrik edib

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya 8 noyabr - Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Operativ Media-ya verilən məlumata görə, məktubda TBMM sədri Zəfər Gününün beşinci ildönümü münasibətilə spiker Sahibə Qafarovaya və Milli Məclisin üzvlərinə təbriklərini çatdırıb.

Məktubda 5 il əvvəl qazanılmış bu mübarək zəfərin haqqın, ədalətin və milli iradənin təzahürü kimi Türk dünyasının ortaq qürurunu və qardaşlığının əbədiliyini bir daha göstərdiyi vurğulanır. Azərbaycan yurdu olan Qarabağın azadlığı üçün 44 gün davam etmiş və dillərə dastan olmuş mübarizənin qəhrəmanı olan qazilərimiz və şəhidlərimiz hörmət və rəhmətlə anılır.

Təbrikdə iki ölkə arasında “Bir millət, iki dövlət” şüarı əsasında inkişaf etdirilən səmimi və dərin əməkdaşlığın ölkələrimizin müstəqilliyinə və inkişafına, bölgəmizin isə sülh və azadlığına önəmli töhfələr verdiyi diqqətə çatdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər