Hemofiliyalı xəstələr icbari tibbi sığorta vəsaiti hesabına müalicə olunacaqlar
Operativ Media
Hemofiliya irsi qan xəstəliyi olan şəxslər icbari tibbi sığorta vəsaiti hesabına müalicə olunacaqlar.
Operativ Media xəbər verir ki, bununla bağlı “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş
şəxslərə dövlət qayğısı haqqında” qanuna dəyişiklik təklif olunur.
Qanun layihəsi 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil edilib və parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, talassemiya irsi qan xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsi dövlət büdcəsi vəsaiti hesabına, hemofiliya irsi qan xəstəliyi olan şəxslərə münasibətdə isə icbari tibbi sığorta vəsaiti hesabına maliyyələşdiriləcək.