ABŞ dövlət katibi Antoni Blinken İsveç xarici işlər naziri Tobias Billströmlə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi tviterdə paylaşım edib.
"İsveç xarici işlər naziri Tobias Billströmlə əla söhbətimiz oldu. Mən ABŞ-ın həm İsveç, həm də Finlandiyanın indi NATO müttəfiqi olmağa hazır olduğuna inandığını bir daha təsdiqlədim. Biz bu ölkələrin mümkün olan ən tez zamanda NATO-ya qoşulmasını gözləyirik", - Blinken bildirib.