Rusiyanın Baş naziri Azərbaycana təşəkkür edib

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Gürcüstana, eləcə də onun Azərbaycan və Ermənistandakı tərəfdaşlarına Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası istiqamətində gördükləri işlərə görə təşəkkür edib.
Operativ Media xəbər verir ki, bu haqda Overçuk jurnalistlərə açıqlamasında bildirib.
“Mən həmkarlarıma, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevə və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryana Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası üzrə birgə fəaliyyətlərinə, habelə Gürcüstanın bu marşrut üzrə daşımaların təşkilində konstruktiv iştirakına görə təşəkkür etmək istəyirəm”, – o, qeyd edib.
Noyabrın 6-na keçən gecə Rusiyadan buğda daşıyan qatar Azərbaycan və Gürcüstan ərazisindən keçməklə ilk dəfə Ermənistana daxil olub. Mallar Ulyanovsk vilayətindən yüklənib.
Qeyd edək ki, bu istiqamət üzrə daşımalar 30 ildən artıq müddətdir həyata keçirilmir.