Menyu

İstanbul Baş Prokurorluğu Netanyahunun həbsinə order verib

Operativ Media
İstanbul Baş Prokurorluğu Netanyahunun həbsinə order verib

İstanbul Baş Prokurorluğu Qəzza zolağında soyqırımı həyata keçirməkdə ittiham olunan İsrailin Baş naziri Binyamin Netanyahunun həbsinə order verib.

Operativ Media xəbər verir ki, həmçinin müdafiə naziri İsrael Katz da daxil olmaqla 37 İsrail rəsmisinin həbsinə order verilib.

Baş Prokurorluq onları soyqırımda, bəşəriyyətə qarşı cinayətlərdə, Qəzzanın kütləvi şəkildə bombalanmasında və humanitar yardımın çatdırılmasına mane olmaqda ittiham edir.

Qeyd edək ki, daha öncə Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham olunaraq həbsinə order verib.

Aİ-nin Xarici Siyasət rəhbəri Josep Borrell bəyan edib ki, BCM-nin bu iş üzrə hərəkətləri siyasi xarakter daşımır və buna görə də bütün Aİ-yə üzv dövlətlər məhkəmənin qərarına hörmət etməli və onu həyata keçirməlidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər