Azərbaycanın Türkiyədəki səfiri Zəfər Günü ilə bağlı paylaşım edib
Operativ Media
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
Operativ Media xəbər verir ki, bu barədə Rəşad Məmmədov "X" platformasında paylaşım edib.
"8 noyabr - Zəfər Günü münasibətilə bütün həmvətənlərimizi səmimi qəlbdən təbrik edirik! Şanlı Zəfərimizin 5-ci ildönümünü böyük qürur və fəxarət hissi ilə qeyd edirik. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Qazilərimizə minnətdarlığımızı bildiririk", - deyə diplomat qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net