Türkiyənin ilk astronavtı kosmosdan çəkdiyi foto ilə Azərbaycanı təbrik edib - FOTO
Operativ Media
Türkiyənin ilk astronavtı Alper Gezeravcı sosial media hesabında kosmosdan çəkilmiş Azərbaycanın fotosunu paylaşaraq 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Operativ Media xəbər verir ki, Gezeravcı paylaşımında yazıb:
“Kosmosdan baxanda sərhədlər görünmür, amma bir millətin əzmi, inamı və mübarizəsi bütün Yer üzündən hiss olunur. Azərbaycan xalqının qəhrəmanlığı ilə qazanılan bu böyük zəfər sadəcə bir torpaq uğuru deyil, həm də müstəqilliyin, birliyin və qardaşlığın göylərə yazılmış rəmzidir. Can Azərbaycanın Zəfər Gününü ürəkdən təbrik edirəm.”