Ceyhun Bayramov: Şanlı üçrəngli bayrağımız bütün suveren Azərbaycan ərazilərində dalğalanır
Operativ Media
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirəm.
Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 9 Noyabr- Dövlət Bayrağı Günü münasibətilə özünün "X" hesabında yazıb.
O bildirib ki, müstəqilliyimizin və suverenliyimizin təcəssümü olan şanlı üçrəngli bayrağımız bu gün bütün suveren Azərbaycan ərazilərində dalğalanır:
"Milli qürur mənbəyimiz olan bayrağımız uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirəm".