Menyu

İYİ Partiya 6 müxalifət partiyasının yaratdığı birlikdən çıxıb

Nərmin Qocamanlı
İYİ Partiya 6 müxalifət partiyasının yaratdığı birlikdən çıxıb
1 dəq oxu

Türkiyənin əsas müxalif partiyalarından biri olan İYİ Partiya 6 müxalifət partiyasının yaratdığı birlikdən çıxıb. 

"Operariv Media" TRT Haber”ə istinadən xəbər verir ki, bunu İYİ Partiyanın sədri, Böyük Millət Məclisinin sədri Meral Akşener jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, “Altılı masa” adlanan birlik prezidentliyə vahid namizəd məsələsində razılığa gələ bilməyib: "Biz CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə məcbur edilmişik. Biz bununla razılaşmırıq. Ona görə də “Altılı masa”nı tərk edirik”.

M.Akşener söyləyib ki, “Altılı masa” artıq millətin iradəsini təmsil etmir.

 

Əlaqəli Xəbərlər