XİN: Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır
Operativ Media
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.
Operativ Media xəbər verir ki, bu barədə XİN-nin "X" hesabında paylaşım edilib.
Paylaşımda deyilir:
"Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı.
Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə səbir diləyirik.
Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır".