03 Mart 2023, 17:32
Özbəkistan və Qazaxıstan prezidentləri görüşüb
Özbəkistan və Qazaxıstan prezidentləri görüşüb şəkil
Özbəkistan və Qazaxıstan prezidentləri görüşüb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyayev arasında görüş keçirilib.

"Operativ Media" "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, görüş qeyri-rəsmi formatda olub.

Qazaxıstan və Özbəkistan prezidentləri iki ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi perspektivlərini, ötən ilin dekabrında Tokayevin Daşkəndə dövlət səfərinin yekunları üzrə əldə edilmiş razılaşmaların həyata keçirilməsində irəliləyişi, ticarət və iqtisadi əməkdaşlıq, həmçinin regional gündəliyin aktual məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, görüş Qazaxıstanın Çimkənd şəhərində baş tutub.

 

Nərmin Qocamanova

 

Son xəbərlər
Ağ Ev: Çinə birtərəfli tarif endirimi olmayacaq
Kreml: Zelenskinin istefasını tələb etmirik
Lökbatanda baş verən yol qəzası 2 nəfərin ölümünə səbəb olub
Peskov: Rusiya heç kimə hücum etmək niyyətində deyil
İranın nüvə ehtiyatları AEBA-nın daimi nəzarətindədir
Rusiya və BMT Livandakı gərginliyin azaldılması və humanitar yardım məsələlərini müzakirə edib
Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb
Zəlzələdən sonra afterşoklar qeydə alınır