Azərbaycan Pakistana başsağlığı verib
Operativ Media
Pakistanın İslamabad və Vana şəhərlərində baş verən və çoxsaylı insan tələfatına səbəb olan terror aktı xəbərindən dərin kədər hissi keçiririk.
Operativ Media xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımında yer alıb.
"Bu dəhşətli terror aktlarını qətiyyətlə pisləyir və qurbanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına tezliklə sağalmalarını arzulayırıq.
Azərbaycan bütün forma və təzahürlərində terrorizmlə mübarizədə Pakistanla tam həmrəydir", - paylaşımda deyilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net