Menyu

Braziliya WUF13-ə dəvət edilib

Operativ Media
Braziliya WUF13-ə dəvət edilib

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Belem şəhərində keçirilən COP30 çərçivəsində Braziliyanın şəhərlər naziri cənab Jader Filho ilə məhsuldar görüş keçirib.

Operativ Media xəbər verir ki, bu barədə forumun rəsmi "X" hesabında paylaşım edilib.

Anar Quliyev Braziliya tərəfini COP30-un uğurlu təşkili münasibətilə təbrik edərək, bu ölkənin qlobal iqlim və şəhərsalma gündəliklərinin əlaqəli inkişafında fəal rolunu vurğulayıb.

Görüş zamanı dayanıqlı şəhər inkişafı və inklüziv iqlim həlləri istiqamətində daha sıx əməkdaşlıq imkanları müzakirə edilib.

Komitə sədri Braziliya tərəfini böyük məmnuniyyətlə 2026-cı ildə Bakıda keçiriləcək WUF13-də iştirak etməyə dəvət edib və bu mühüm qlobal platformanın dayanıqlı, innovativ və insan mərkəzli şəhərlərin gələcəyinin formalaşmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Fotogalereya

Əlaqəli Xəbərlər