Menyu

Sadır Japarov Türkiyəyə başsağlığı verib

Şəfa Hüseynli
Sadır Japarov Türkiyəyə başsağlığı verib

Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana hərbi təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Operativ Media xəbər verir ki, bu barədə Sadır Japarov Telegram kanalında bildirib.

Paylaşımda deyilir:

“Azərbaycandan Türkiyəyə uçan hərbi təyyarənin qəzaya uğraması ilə bağlı kədərli xəbəri dərin hüznlə aldım.

Bu faciə ilə əlaqədar Qırğızıstan xalqı və şəxsən öz adımdan sizə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.

İtki acısını bölüşərək, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısının tezliklə sağalmasını arzulayıram".

Əlaqəli Xəbərlər