Paşinyan Ceyhun Bayramovun müsahibəsinə münasibət bildirib
Operativ Media
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanla aparılan danışıqlarda o, öz açıqlamalarına zidd heç bir fikir səsləndirməyib.
Operativ Media xəbər verir ki, Paşinyan bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun müsahibəsinə münasibət bildirərkən deyib.
“Bütün mövqelərim ictimaiyyətə açıqlanıb. 2018-ci ildən etibarən mövqelərimlə tanışsınız və hər hansı dəyişikliklərdən xəbərdarsınız. O gündən bu günə qədər, hər hansı danışıqlar otağında mən ictimaiyyətə açıqladığım mövqelərə zidd heç nə deməmişəm,” – Paşinyan bildirib.