Anar Quliyev COP30 çərçivəsində Şəhərsalma və İqlim Dəyişmələri üzrə Nazirlər Görüşündə iştirak edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyev COP30 çərçivəsində Belem şəhərində keçirilən Şəhərsalma və İqlim Dəyişmələri üzrə Nazirlər Görüşündə iştirak edib.
Operativ Media xəbər verir ki, bu barədə WUF13 Azərbaycan X hesabında paylaşım edilib.
“Qeyri-rəsmi məskunlaşma, ərazilərin transformasiyası və mənzil təminatı” mövzusunda dəyirmi masada çıxış edən Anar Quliyev mənzil və iqlim dəyişmələri probleminin aradan qaldırılmasında çoxsəviyyəli əməkdaşlığın vacibliyini qeyd edib.
O, “Böyük Qayıdış” proqramı çərçivəsində azad olunmuş ərazilərin ağıllı və yaşıl şəhər prinsipləri əsasında bərpasını Azərbaycanın uğurlu təcrübəsi kimi təqdim edib.
WUF13-ün milli koordinatoru 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində tərəfdaş ölkələri yüksək həyat keyfiyyətinə malik şəhərlərin qurulması üçün birgə əməkdaşlığa dəvət edib.
Anar Guliyev, Chairman of the State Committee on Urban Planning and Architecture and National Coordinator of the 13th Session of the World Urban Forum (WUF13) took part in the Ministerial Meeting on Urbanization and Climate Change during COP30 in Belém.
— WUF13Azerbaijan (@WUF13Azerbaijan) November 12, 2025
During the high-level… pic.twitter.com/89gJJ1EIKx