Ana səhifə / Siyasət / Rusiya və Qazaxıstan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıblar Rusiya və Qazaxıstan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıblar 12.11.2025, 19:28 Operativ Media Rusiya və Qazaxıstan münasibətlərinin hərtərəfli strateji tərəfdaşlığa və müttəfiqliyə keçidi haqqında Bəyannamə imzalanıb. Operativ Media xəbər verir ki, sənəd Kremldə keçirilən Vladimir Putin və Kasım Jomart Tokayev danışıqlarının yekununda imzalanıb. Putin bildirib ki, ölkələrin qarşılıqlı ticarətində milli valyutaların payı 90%-i keçib. Putin qeyd edib ki, Qazaxıstanda rus dilinin geniş və sərbəst istifadəsi Rusiya üçün məmnunluq mənbəyidir. Tokayev isə atom elektrik stansiyasının tikintisi layihəsi də daxil olmaqla, Rosatom ilə səmərəli əməkdaşlığı qeyd edib.