Ərdoğan Bahçelini evində ziyarət edib
Operativ Media
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelini evində ziyarət edib.
Operativ Media “TRT Haber”ə istinadla xəbər verir ki, görüş Ankarada, Bahçelinin Türkmənbeyi küçəsində yerləşən iqamətgahında baş tutub.
Bildirilib ki, Ərdoğan iqamətgahın qarşısında MHP lideri tərəfindən qarşılanıb.
Onlar media nümayəndələrinin qarşısında əl sıxaraq birgə foto çəkdiriblər.
Daha sonra iki lider qapalı görüşə keçiblər.
Görüşün mövzusu və detalları barədə hələlik məlumat verilməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net