Daşkənddə Mərkəzi Asiya ölkələrinin qadın liderlərinin dialoq toplantısı başlayıb
Şəfa Hüseynli
Daşkənddə Mərkəzi Asiya ölkələrinin qadın liderlərinin dialoqunun iclası başlayıb.
Operativ Media xəbər verir ki, bu forum qadın hüquqlarının və gender bərabərliyinin təmin edilməsinə qlobal və regional yanaşmalara həsr olunub.
Ali Məclis Senatının sədri Tənzilə Narbayevanın rəhbərlik etdiyi tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan parlamentlərinin nümayəndələri, BMT-nin regional strukturlarının rəhbərləri, hökumət və ictimai xadimlər iştirak edirlər.
İştirakçılar siyasi və ictimai fəallıq, qadınların iqtisadi və sahibkarlıq potensialı, onların təhsil və reproduktiv sağlamlıq imkanları, innovasiya və iqlim siyasətində rolu və əhəmiyyəti kimi məsələləri müzakirə edəcəklər.