17 Oktyabr 2022, 20:22
Belarus MN: “Minsk hücuma qarşı qabaqlayıcı tədbirlər görmək hüququnu özündə saxlayır”
Belarus MN: “Minsk hücuma qarşı qabaqlayıcı tədbirlər görmək hüququnu özündə saxlayır” şəkil
Belarus MN: “Minsk hücuma qarşı qabaqlayıcı tədbirlər görmək hüququnu özündə saxlayır”

“Belarus hücumun qarşısını almaq və ya silahlı münaqişəni zərərsizləşdirmək üçün strateji çəkindirmə üzrə qabaqlayıcı tədbirlər görmək hüququnu özündə saxlayır”.

“Operativ Media” xəbər verir ki, bunu Belarus Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, polkovnik Valeri Revenko xarici hərbi diplomatlar üçün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Belarus bütün mövcud vasitələrdən, o cümlədən hərbi gücdən istifadə etməklə milli maraqlarını müdafiə edəcək.

Belarus Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, rəsmi Minski Polşanın Müdafiə Nazirliyinin yaxın 3-10 il ərzində müharibəyə başlamağa hazır olması ilə bağlı bəyanatları fonunda adıçəkilən ölkənin hərbi potensialını artırması narahat edir.

Son xəbərlər
XİN sözçüsü: Çin və Azərbaycan strateji tərəfdaşdır
Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti ilə görüşüb
Yağış yağacaq, şimşək çaxacaq
Göygöldə 43 yaşlı kişi dəm qazından boğulub
Orxan Fikrətoğlu mədəniyyət nazirinə müşavir təyin olunub
Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar yenidən başlayıb
"Araz-Naxçıvan"ın zədəliləri qayıtdı
Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib