Menyu

ANAMA-da Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə müzakirələr aparılıb - Foto

Operativ Media
ANAMA-da Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə müzakirələr aparılıb - Foto

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri, səfir Mariyana Kuyundziç ilə görüş keçirib.

Agentliyin mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, görüşdə Qarabağ və Şərqi Zəngəzurda mövcud mina problemi, çirklənmə miqyası, mina probleminin bərpa-yenidənqurma işlərinə və keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələr, eləcə də icra edilən genişmiqyaslı minatəmizləmə fəaliyyəti barədə nümayəndəyə məlumat verilib. 

Görüş zamanı Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə Avropa İttifaqı tərəfindən dəstəyin davam etdirilməsi, bu çərçivədə yeni layihə imkanları, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər