Menyu

Suriya Böyük Britaniyadakı səfirliyini yenidən açıb

Operativ Media
Suriya Böyük Britaniyadakı səfirliyini yenidən açıb

Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şaibani Londondakı Suriya səfirliyinin binası üzərində milli bayrağı qaldırıb.

Operativ Media xəbər verir ki, Əl-Şaibani X sosial şəbəkəsində yazıb:

"Əsəd rejiminin kimyəvi silahdan istifadə etdiyinə görə illərlə tətbiq edilən təcriddən sonra bu gün Suriyanın Londondakı səfirliyini yenidən açırıq. Suriya öz azad adı ilə dünyaya qayıdır".

Qeyd edək ki, Böyük Britaniya keçən həftə BMT Təhlükəsizlik Şurasının oxşar qərarından sonra prezident Əhməd əl-Şaraa qarşı sanksiyaları ləğv edib.

Əlaqəli Xəbərlər