Menyu

Merz Zelenskini gənclərin mühacirətinə qarşı tədbirlər görməyə çağırıb

Operativ Media
Merz Zelenskini gənclərin mühacirətinə qarşı tədbirlər görməyə çağırıb

Almaniya kansleri Fridrix Merz gənc ukraynalıları vətənlərində qalaraq döyüşməyə çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə siyasətçinin Berlin Konqresindəki çıxışına istinadən "Die Welt" qəzeti məlumat yayıb.

Merzin sözlərinə görə, Volodimir Zelenski ilə telefon danışığı zamanı o, Ukrayna liderindən bu məsələyə diqqət yetirməyi xahiş edib.

Merz çıxışında “Gənclər vətənə xidmət etməlidir” deyə bildirib.

Eyni zamanda, kansler Almaniya hökumətinin ukraynalı qaçqınların müəyyən qruplarını mülki müavinət almaq hüququndan məhrum etmək niyyətini təsdiqləyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər