Ermənistan və Azərbaycan liderləri Kopenhagendə “Tramp marşrutu” üzrə enerji və qaz layihələrini müzakirə edib
Operativ Media
Kopenhagen görüşü zamanı Ermənistan və Azərbaycan liderləri “Tramp marşrutu” üzrə ilk növbədə elektrik ötürücü xətləri ilə qaz kəmərinin tikintisini müzakirə ediblər.
Operativ Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən konfransda çıxışı zamanı bildirib.
“Gizlətməyəcəyəm, Kopenhagendə Azərbaycan Prezidenti ilə bu məsələni müzakirə etdik və ilkin olaraq belə qənaətə gəldik ki, ən operativ şəkildə elektrik xətlərinin və qaz kəmərinin tikintisini həyata keçirmək mümkündür”, - Paşinyan qeyd edib.