Qazaxıstan ərazisindən keçən Transxəzər marşrutu üzrə daşınma 2,8 milyon tona çatıb

Daşkənddə Qazaxıstan Respublikasının ticarət və inteqrasiya naziri Arman Şakəliyevin iştirakı ilə Mərkəzi Asiya Dövlətləri və Azərbaycanın Ticarət və İnvestisiya Nazirləri Şurasının ilk iclası keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyi məlumat yayıb.
Onun sözlərinə görə, ötən il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Qazaxıstan ərazisindən keçən yükdaşımaların həcmi təqribən 2,8 milyon ton təşkil edib və əvvəlki illə müqayisədə 35% artıb.
Qazaxıstan biznes xərclərini azaltmaq və dəhliz imkanlarını artırmaq üçün tarif siyasətinin əlaqələndirilməsinin gücləndirilməsini, logistika proseslərinin rəqəmsallaşdırılmasının sürətləndirilməsini, infrastrukturun modernləşdirilməsini və “kağızsız ticarət” mexanizmlərinin tətbiqini təklif edib.