Menyu

İlham Əliyev Azərbaycan səfirliyinin raket zərbəsinə məruz qalmasını pisləyib

Operativ Media
İlham Əliyev Azərbaycan səfirliyinin raket zərbəsinə məruz qalmasını pisləyib

Prezident İlham Əliyev Azərbaycanın Kiyevdə səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib.

Operativ Media xəbər verir ki, bu barədə Prezident ukraynalı həmkarı ilə telefon danışığı zamanı bildirib.

Dövlət başçısı bununla əlaqədar ciddi narahatlığını ifadə edib.

Prezident İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.

Əlaqəli Xəbərlər