Menyu

Mirzoyan gürcüstanlı həmkarı ilə görüşüb

Operativ Media
Mirzoyan gürcüstanlı həmkarı ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iki ölkənin tranzit potensialından səmərəli istifadə imkanlarını müzakirə ediblər.

Operativ Media xəbər verir ki, tərəflər arasında danışıq Mirzoyanın Tbilisiyə səfəri çərçivəsində baş tutub.

Onlar strateji tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı və avqustun 8-də Vaşinqtonda Bakı ilə İrəvan arasında əldə olunan razılaşmaları müzakirə ediblər.

Mirzoyan Vaşinqton sammitinin nəticələrinin region üçün yeni imkanlar açdığını vurğulayıb və Ermənistanla Azərbaycan arasında sülh prosesinə verdiyi dəstəyə görə Gürcüstana minnətdarlığını bildirib.

Tərəflər həmçinin beynəlxalq hadisələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər