Bakıda marketlərin birində silahlı atışma olub - YENİLƏNİB - VİDEO
Nərmin Qocamanlı
DİN-in mətbuat xidmətindən bildirilib:
Paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir.
***
12:51
Bakıda marketlərin birində silahlı atışma olub.
"Operativ Media" xəbər verir ki, hücumun inkassatorun maşınına olduğu bildirilir.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Teqlər:
"Bakıda marketlərin birində silahlı atışma olub - YENİLƏNİB - VİDEO"