Menyu

Emoməli Rəhmon İlham Əliyevi təbrik edib

Operativ Media
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi ölkənin Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşləri formatına tamhüquqlu iştirakçı kimi qoşulması münasibətilə təbrik edib.

Operativ Media xəbər verir ki, Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edən E.Rəhmon bildirib ki, bu platforma beynəlxalq və regional proseslərin vacib iştirakçısı kimi öz əhəmiyyətini inamla möhkəmləndirir.

"O balanslıdır və regiondakı ölkələrin maraqlarının təmin edilməsinə və inkişafına yönəlmiş cəhdləri nümayiş etdirir. İştirakçı ölkələr arasında əlaqələr güclənir. Ötən müddət ərzində əldə edilmiş nəticələr qarşılıqlı faydalı əməkdaşlığın bütün kompleksinin daha da artırılması üçün əlverişli şərait yaradır", - deyə E.Rəhmon qeyd edib.

O, həmçinin vurğulayıb ki, Tacikistan bu formatda konstruktiv siyasi dialoqun və regional inteqrasiyanın daha da inkişaf etdirilməsinin tərəfdarıdır:

"Bu gün Mərkəzi Asiya - intensiv diplomatik dialoq, yaradıcı təşəbbüslər və yeni kooperativ əlaqələrin formalaşdığı bir məkandır. Əhəmiyyətli potensiala malik olan regionumuz ticarət, tranzit, energetika, elm və turizmin inkişaf mərkəzi kimi çıxış edir".

Əlaqəli Xəbərlər