Menyu

Mərkəzi Asiya və Azərbaycanın kitabxanaları vahid rəqəmsal məlumat bazası yaradacaq

Şəfa Hüseynli
Mərkəzi Asiya və Azərbaycanın kitabxanaları vahid rəqəmsal məlumat bazası yaradacaq

 Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın kitabxanaları vahid rəqəmsal məlumat bazası yaratmaq niyyətindədirlər.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.

Bildirilib ki, danışıqlardan sonra milli kitabxanaların rəhbərləri öz kitabxanalarının nadir kolleksiyalarını və qədim əlyazmalarını bölüşmək barədə razılığa gəlinib.

"Bizim alimlərimiz, tələbələrimiz və tədqiqatçılarımız bu məlumat bazasından bərabər şəkildə istifadə edə biləcəklər. Yaxın vaxtlarda memorandum imzalanacaq. Bu məsələnin ətraflı müzakirəsi üçün həmin ölkənin Milli Kitabxanasının təşəbbüsü ilə növbəti görüş Azərbaycanda keçiriləcək",- Attokurov qeyd edib.

Əlaqəli Xəbərlər