Menyu

Azərbaycan və Özbəkistan arasında strateji əməkdaşlıq yeni mərhələyə keçir - ŞƏRH

Operativ Media
Azərbaycan və Özbəkistan arasında strateji əməkdaşlıq yeni mərhələyə keçir - ŞƏRH

"Azərbaycan və Özbəkistan arasında Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər güclüdür. İki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və qarşılıqlı maraqlara hörmətlə yanaşır. Həmçinin, iki ölkə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında əməkdaşlıq edir".

Operativ Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.


O, bildirib ki, son illər Azərbaycan və Özbəkistan arasında ticarət və iqtisadi əməkdaşlıq sürətli şəkildə inkişaf etməyə başlayıb:

"Ticarət dövriyyəsi artıb, investisiyalar və birgə layihələr həyata keçirilib. Özbəkistan Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında müxtəlif malların idxalı və ixracı həyata keçirilir. Azərbaycan şirkətləri Özbəkistan iqtisadiyyatına investisiya qoyur və eyni zamanda Özbəkistanın investisiya imkanları Azərbaycan tərəfindən maraq doğurur. İki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində bir çox layihələr həyata keçirilir.

Azərbaycan şirkətləri Özbəkistan iqtisadiyyatına müxtəlif sahələrdə investisiya yatırır. Özbəkistan şirkətləri də Azərbaycan bazarına investisiya yatırır, xüsusən də tikinti, enerji və kənd təsərrüfatı sahələrində. Hazırda  Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək məqsədilə bir çox layihə və proqram həyata keçirilir. Bu layihələr arasında enerji sahəsində əməkdaşlıq, kənd təsərrüfatı layihələri və sənaye sahələrini əhatə edən layihələr yer alır".

Əlaqəli Xəbərlər