Menyu

Azərbaycan və Türkiyə iqtisadi əlaqələrin genişləndirilməsi üçün birgə layihələrə start verib

Operativ Media
Azərbaycan və Türkiyə iqtisadi əlaqələrin genişləndirilməsi üçün birgə layihələrə start verib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsi arasında əməkdaşlığın inkişaf etdirilməsi üzrə növbəti görüş keçirilib.

Mərkəzdən Operativ Media-ya bildirilib ki, onlayn görüşdə tərəflər birgə layihə və tədqiqatların həyata keçirilməsi istiqamətində konkret fəaliyyətə başladıqlarını, bunun iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini, yeni investisiyaların cəlbinə şərait yaradacağını bildiriblər. İİTKM-in icraçı direktorunun müavinləri Ramil Hüseyn və Ayaz Museyibov Türkiyə ilə iqtisadi əlaqələrin dərinləşməsinin ölkəmizin prioriteti olduğunu vurğulayaraq, bu təşəbbüsün hər iki ölkənin maraqlarına xidmət etdiyini bildiriblər.

Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsinin Maliyyə Departamentinin rəhbəri Tarık Akın oktyabr ayında Azərbaycana səfərini xatırladıb. O, Bakıda keçirilən görüşlərdə qaldırılan məsələlərin reallaşması istiqamətində artıq müəyyən işlərin aparıldığını bildirib. Eyni zamanda, qarşıdakı aylarda Türkiyədən kapital bazarı qurumlarının nümayəndələrindən ibarət heyətin Azərbaycana səfərini təşkil etmək niyyətində olduqlarını qeyd edib. Səfər çərçivəsində Azərbaycanda B2B görüşlər, dəyirmi masalar və panel müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Əlaqəli Xəbərlər