Menyu

Səfir: Azərbaycan və Çin münasibətləri dinamik inkişaf edir

Nərmin Qocamanlı
Səfir: Azərbaycan və Çin münasibətləri dinamik inkişaf edir

“1992-ci ildə diplomatik münasibətlərin qurulmasından etibarən Çin-Azərbaycan münasibətləri daim dinamik və sabit xətlə inkişaf edib”.

Operativ Media  xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey “Chına Vısıtors Summıt Baku 2025”də çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Çin və Azərbaycan arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər son illərdə daha da möhkəmlənib və turizm bu əlaqələrin mühüm sahələrindən birinə çevrilib.

O qeyd edib ki, bugünkü tədbir dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların praktik icrasına yönəlmiş vacib təşəbbüsdür. 

“Bu kimi tədbirlər Çin və Azərbaycan turizm sənayeləri arasında körpü rolunu oynayaraq yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır”, - o qeyd edib.

Əlaqəli Xəbərlər